İKT

“YouTube” azyaşlı insanların məlumatlarını yığdığı üçün $200 mln cərimə ödəyəcək
03 SENTYABR
103

“YouTube” azyaşlı insanların məlumatlarını yığdığı üçün $200 mln cərimə ödəyəcək

2019-09-03 17:11:00

Google şirkəti YouTube videoservisində istifadəçi məlumatlarının yığılması məsələsini həll etmək üçün ABŞ-ın federal ticarət komissiyasına (FTC) 200 milyon dollar cərimə ödəyəcək. Bu barədə Reuters saytı xəbər verib. 2018-ci ildə bir sıra istifadəçi FTC-yə şikayət etmişdi ki, YouTube servisi yetkinlik yaşına çatmamış istifadəçilərə targetinq reklamı göstərmək üçün onların məlumatlarını yığır. Keçən həftə isə məlum olmuşdu ki, videoservis uşaqlar üçün nəzərdə tutulmuş videolarda bundan sonra targetinq reklam göstərməyəcək.

Beləliklə, Google şirkəti FTC ilə ortaq razılığa gələrək böyük məbləğdə cərimə ödəyəcək və bəzi şərtləri yerinə yetirəcək. Reuters saytının məlumatına əsasən Google şirkətinin ödəyəcəyi məbləğ 150 milyon dollardan 200 milyon dollara kimi çata bilər. Bu barədə rəsmi məlumat gələn həftə verilməlidir. Məlumatda qeyd olunub ki, bu cərimə vəsaiti uşaqların internetdəki konfidensiallıqları qanunvericiliyi üzrə təyin edilmiş ən böyük cərimə məbləğlərindən biri olacaq.

Bundan öncəki rekord göstəricidə cərimə məbləğini isə bu ilin fevral ayında məşhur TikTok servisi əldə etmişdi. Belə ki, servis 3 il ərzində öz istifadəçilərinin yaş göstəricilərini qeyd etmirdi. Buna görə də servis 5.7 milyon dollar dəyərində cərimələnmişdi. Qeyd etmək lazımdır ki, YouTube servisi uşaq videoları üçün nəzərdə tutulmuş ayrıca sayta və YouTube Kids tətbiqinə sahibdir. Həmin tətbiqdə valideynlər öz övladlarının yaşlarını qeyd edərək onlara uyğun kontentləri seçə bilərlər. 

©Technote.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır