İKT

Süni intellekt üçün ən böyük prosessor təqdim edilib
21 AVQUST
91

Süni intellekt üçün ən böyük prosessor təqdim edilib

2019-08-21 11:59:00

“Cerebras” şirkəti “Hot Chips” konfransında 1,2 trilyon tranzistorun quraşdırıldığı və süni intellektlə iş üçün yaradılan “Cerebras Wafer Scale Engine” prosessorunu təqdim edib.

Fins.az xəbər verir ki, hightech.fm saytının məlumatına görə, çipin ölçüsü 203x229 mm təşkil edir ki, bu da ümumi təyinatlı nəhəng “Nvidia” prosessorundan 57 dəfə böyükdür. Şirkət nümayəndələri bildiriblər ki, bir neçə mikrosxemi birləşdirməkdə əsas problem məlumatların ötürülməsində qaçılmaz gecikmədir. Vahid çip isə bu problemi aradan qaldırmağa imkan verir.

Çipə 400 min nüvə və 18 Gb tutumlu yaddaş quraşdırılıb. Bunun sayəsində 9 Pbit/saniyə ötürücülük qabiliyyəti dəstəklənir.

“Cerebras Wafer Scale Engine” prosessorunun enerji sərfiyyatı 15 kilovat təşkil edir. İstehsalçıların sözlərinə görə, onlar çipin fəaliyyətini poza bilən çirkləndirmənin qarşısını almağa nail olublar.

© ict.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır