İKT

Huawei-in, hətta gələn il də 5G ilə böyük smartfon satışı gözlənilmir
07 AVQUST
89

Huawei-in, hətta gələn il də 5G ilə böyük smartfon satışı gözlənilmir

2019-08-07 15:34:00

“Huawei” şirkəti artıq öz çeşidində 5G şəbəkəsini dəstəkləyən smartfona malikdir – bu “Mate 20x” 5G modelidir. Model bu yaxınlarda Çində satışa çıxarılıb, amma başqa belə cihazlar kimi, bu modeli də satışları kiçik ilk qaranquş adlandırmaq olar.

Fins.az xəbər verir ki, şirkətin təsisçisi Ren Zengfay (Ren Zhengfei) bildirib ki, bu il “Huawei” 600 000-ə yaxın 5G smartfonlarını bazara çıxaracaq. Gələn il isə satışlar 1,5 milyona qədər arta bilər. Yəni, hətta geniş satış həcmlərinə malik "Huawei” belə, nə bu il, nə də gələn il böyük göstəricilər gözləmir.

Əslində, bunu müxtəlif analitiklər də təsdiq edir və bildirirlər ki, bu cihazların “partlayıcı” satış artımı 2021-ci ildən başlayacaq.

Bu tip proqnozları nəzərə alsaq, çətin ki, gələn il 5G ilə ucuz smartfonların peyda olmasını gözləmək olar – belə halda istehsalçı və analitiklərin gözləntiləri tam fərqli olardı.

© Ted.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır