İKT

Galaxy R3 və R5 – Samsung-un geniş həcmli batareyaları olan yeni smartfonları
30 İYUL
111

Galaxy R3 və R5 – Samsung-un geniş həcmli batareyaları olan yeni smartfonları

2019-07-30 18:14:00

“Samsung” şirkəti “Galaxy Note10” flaqman smartfonlarının təqdimatına hazırlaşır, lakin bu, heç də müəyyən müddət ərzində büdcə seqmentinin tərk edilməsi demək deyil. Mənbənin yazdığına görə, yaxın vaxtlarda şirkət eyni zamanda beş orta səviyyəli smartfon təqdim edəcək və onların hamısı yüksək tutumlu batareyalarla təmin olunacaq.

Fins.az TED.az-a istinadən xəbər verir ki, şirkətin yeni “Galaxy R” xətti üzrə smartfonlar təqdim edəcəyi barədə şayiələr çoxdan mövcud idi. Bu söhbət dünyanın ilk əsas kamera tərkibində 64 Mp şəkil sensoru alacaq R6 modeli haqqında danışılırdı. Lakin həmin model hansısa səbəbdən ləğv edildi. Amma digər iki modelin istehsalına hazırlaşılır. Təəssüf ki, mənbə R3 və R5 modelləri haqqında demək olar ki, heç bir şey bilmir, lakin onların batareya tutumunun 4500 ma•s olduğu barədə məlumat verir. Avqust ayında bütün diqqətin “Galaxy Note10”a yönələcəyini nəzərə alsaq, “Galaxy R”in anonsunun IFA 2019 sərgisində görüntülənməsi məntiqi görünür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır