İKT

Smartfonla keyfiyyətli şəkil çəkməyin 10 qaydası – ARAŞDIRMA
16 İYUL
146

Smartfonla keyfiyyətli şəkil çəkməyin 10 qaydası – ARAŞDIRMA

2019-07-16 18:09:00

Hələ 20 il əvvəl biz yalnız xüsusi günlərdə və ya bayramlarda şəkil çəkdirirdik. O dövrdə şəkilin gözəlliyini heç kim düşünmürdü, şəkil çəkdirmə sevinci daha üstün idi. Lakin indi həyatımızın hər anını telefonla ölümsüzləşdiririk. Ona görə də hamıdan seçilmə, şəkillərin gözəl və fərqli olmağını arzulayırıq.

Bunun çox sadə qaydaları var. Bu qaydalara riayət etsəniz sizin kadrlar daha yaxşı alınacaq.

Birinci qayda – Obyektivin təmizliyinə riayət edin

Telefon hər zaman cibimizdə olur, SMS yazıqda və ya zəngə cavab verdikdən sonra obyektivin üzərində barmaq izimizi qoyduğumuzun fərqinə varmırıq. Çəkiliş etdikdə, əlbəttə ki, bu, fotoda özünü ya bulanıq ya da mənbəyi bilinməyən izlərlə büruzə verir.

Smartfonun kamerasının linzasını yoxlayın – onun təmizliyə ehtiyacı var. Onda barmaq izləri və ya toz varsa, şəkillərin keyfiyyəti yaxşı olmayacaq.

Həssas səthini cızmamaq üçün xüsusi bir parça (mikrofiber mükəmməl yarayar) ilə mütəmadi olaraq təmizləyin. Əgər kameraya qum və bu kimi kiçik ovuntular düşübsə, kameranın obyektivini silməyin, sadəcə üfürərək onları uzaqlaşdırın.

İkinci qayda – İşıq axtarın

Yəqin, fikir vermisiniz ki, ən yaxşı fotoşəkillər gün işığında çəkilənlərdir. Obyekti elə yerləşdirin ki, işıq mənbəyi sizin arxanızda olsun və fotosu çəkilən obyekt kifayət qədər işıqlandırılsın. Günorta çəkilən şəkillərdə kontrastla çox işləmək lazım gəlir. Bu zaman şəkillərdə olan detalların itməsinə səbəb ola bilər. Smartfonun öz işığı ilə (“vspışka”) çox ehtiyatlı davranmaq lazımdır. Bir qayda olaraq o, şəkilləri “öldürür” – rəng və kölgələri pozur. Eyni zamanda, işıq fotoqrafın əsas alətidir. Bu peşəkar kameralar üçün önəmlidir, lakin smartfonlar üçün isə daha vacibdir. Buna görə də hər zaman işıq axtarın. Işığın obyektə necə düşdüyünə və nə cür kadr alındığına diqqət yetirin.

Mövzu çəkilişi və İşıq

Ev şəraitində bir əşyanı və yə birinin fotosunu çəkmək istəsəniz bəzən smartfonlar bir az “tərslik” edə bilər. Otaqda nadir hallarda kifayət qədər işıq olur. Lakin çox sadə bir kölgə konpensasiya etmək üçün sadə bir Led lampa və ağ kağızdan istifadə edə bilərsiz. Məsələn, sağ tərəfdən yuxarıdan fənərlə işıq salıb, sol tərəfdən ağ vərəqi yerləşdiririk, beləcə, o fənərin işığını əks etdirir və obyekti kifayət qədər işıqlandırır. Nəhayət, telefonun düyməsinə basıb istədiyimiz şəkli çəkirik.

Üçüncü qayda - “Zum” etməyin

Rəqəmsal kameralarda fotonun xeyli yaxınlaşıdırlmasına (“zum” funksiyasına) öyrəşmişik. Fotoaparatda optik zumdan istifadə olunur, bu zaman şəklin keyfiyyəti itmir. Nəzərə almaq lazımdır ki, smartfonlar rəqəmsal zumla təchiz olunub. Bu o deməkdir ki, yaxınlaşdırdıqca şəklin keyfiyyəti itir. Ona görə də smartfonda zum olduğunu birdəfəlik unutmaq lazımdır. Bu cür yaxınlaşdırma – böyütmə çox hallarda şəklin keyfiyyətinin itməsinə səbəb olur. Ən yaxşı zum – ayaqlardır: yaxınlaş, uzaqlaş. Əgər bu mümkün deyilsə, ən yaxşı variant foto çəkildikdən sonra istədiyiniz hissəni kəsib götürməkdir. Bu zaman şəklin keyfiyyəti itmir. Çərçivəyə alma funksiyası ən sadə proqramlarda belə var.

Dördüncü qayda – “Seriya” ilə çəkin

Bir süjetin eyni anda bir neçə çəkimini edir, nəticədə sonradan bu şəkillər arasından ən uğurlusunu seçmək şansınız var. Telefondan şəkilləri silməmişdən qabaq, kompüterdə onlara göz gəzdirin. Kiçik ekrandansa, böyük ekranda fotolardakı detallar daha aydın görünəcək.

Beşinci qayda – fərqli rakurslar seçin

Əgər çəkiliş maraqlı alınmırsa, mövqeynizi dəyişin, daha düzgün rakurs seçin. Kimisə və nəyisə çəkirsinizsə rakursu tez-tez dəyişməkdən çəkinməyin. Çünki bu zaman bir şəkli daha fərqli baxış bucağından çəkə biləcəksiz. Üstəlik, smartfonun kompakt ölçüsü istədiyiniz rakursu seçməyə imkan verir. Böyük fotoaparatla bu mümkün olmazdı.

Altıncı qayda - Selfi çəkərkən taymer qoyun

“Özünüçəkmə” adlandırılan selfi çəkimlərində taymer və ya səsli komandalardan istifadə edin. Bu zaman smartfon çox tərpənməyəcək və kadr yaxşı alınacaq.

Yeddinci qayda - Qadjeti tərpətməyin

Şəkil çəkən zaman smartfonu mümkün qədər hərəkətsiz saxlayın və ya onu harasa yerləşdirin. Hətta ən əhəmiyyətsiz saydığımız titrəyişdə belə, fotoşəkil təmiz çıxmaya bilər.

Səkkizinci qayda – HDR haqda unutmayın

Hazırda hər bir telefonda bir neçə çəkiliş rejimi var. Onların arasında HDR rast gəlmək olar. Bu rejimdə smartfon iki müxtəlif ekspozisiyalı kadr çəkir, sonra onları birləşdirir. Daha sonra avtomatika çox qaranlıq və çox işıqlı hissələri aradan qaldırır. Yüksək kontrast olan zaman HDR istifadə edilməlidir. HDR olmadıqda otağın görünüşündə pəncərə ağ ləkə kimi düşəcək.  Həmçinin HDR olmadan günəş arxada olduğu halda yüksək keyfiyyətli fotoşəklin alınması çətindir.

 

Doqquzuncu qayda - Əlavə proqramlardan istifadə edin

Smartfonun fotoaparatı – linza və matrisə xidmət edən bir proqramdır. Ona görə Android və İOS-un sizə təqdim etdiyi ilə kifayətlənməyin. Müxtəlif çəkilişlər etmək üçün daha fərqli proqramlara ehtiyac duyulur. Bəzi proqramlar rəng müxtəlifliyi təqdim edir, digərləri fotonun iri planda göstərməsini təmin edir. Pudding Camera, CameraMX, Photosynth, VSCO Cam, Slow Shutter Cam, Pro HDR, Camera+ və s. proqramları göstərmək olar. Proqram seçdikdən sonra parametrlərini araşdırmaq lazımdı, yüksək keyfiyyətli çəkim, lazım olduğu təqdirdə ağ balansı ilə oynamaq, avtofokusu söndürmək və ümumiyyətlə, müəyyən etmək lazımdır ki, bu və ya digər proqramlarda daha hansı maraqlı yeniliklər var.

Onuncu qayda – Post-emal proqramları

Ən peşəkar fotoqraflar fotoşəkillərin sonrakı emalı (onlar üzərində iş) ilə məşğul olurlar. Smartfonlarla çəkilən fotolar üçün bu, bir həyati məsələdir. Fotoşəkillərin emalı, onlar üzərində yenidən işləmək imkanı verən ən məşhur proqramlar İnstagram və Flick-dir. Digər bir neçə proqramı təqdim edirik:

VSCO Cam – müxtəlif, çox sayda fərqli filtr və parametrləri tətbiq etməyə imkan verir. Pulsuz təqdim olunur.

Afterlight – rəngləri korreksiya etmək üçün yaxşı proqramdır. Pulludur.

Touch retouch – bu sadə vasitə fotoşəkildəki bəzi qüsurları aradan qaldırmağa və şəklin müəyyən hissələrini eyniləşdirməyə (klonlaşdırmağa) imkan verir. Proqramın həm pullu, həm də pulsuz versiyası var.

Snapseed – tilt-shift kimi çox sayda filtr, o cümlədən fokusun tənzimləməsi, kəskin rənglər göstəricisi və bərpası kimi effektlər var. Pulsuz təqdim olunur.

Pixlr Express – çox sayda filtr, çərçivə, effektlər seçimi var. Pulsuzdur.

Photoshop Express – digərlərindən seçilən özəlliyi yoxdur, sadəcə şəklin üzərində tez işləməyə imkan verir, həmçinin RAW fayllarla da işləyir. Pulsuzdur.

Rookie - həm pullu, həm pulsuz variantı var. Müxtəlif vintaj filtrlər, müxtəlif janrlı fotolarla işləmə imkanı: portret, peyzaj, makro və s.

Phonto – fotoşəklə istədiyiniz müxtəlif şriftlər yerləşdirməyə imkan verir. Pulsuzdur.

Moldiv – pulsuz, rus dillində olan bir saytdı, 9 şəklə qədər şəkilləri birləşdirərək kollaj edir.

MultiExpo (İOS üçün) – Cizgi ekspazisiyaları yarada bilən maraqlı proqramdır. Pulsuzdur.

Photo Grid - kollaj yaratmağa imkan verən pulsuz proqramdır. Yüksək keyfiyyətli fayllarla işləyə bilir.

© Ted.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır