İKT

“Android” sistemində internet bağlantısı olmadan böyük həcmli faylları paylaşmaq mümkün olacaq
03 İYUL
135

“Android” sistemində internet bağlantısı olmadan böyük həcmli faylları paylaşmaq mümkün olacaq

2019-07-03 18:11:00

“Android” sisteminin növbəti yeniləməsində (10 Q) böyük həcmli faylları bir qurğudan digərinə internet bağlantısı olmadan göndərməyə imkan verəcək funksiya əlçatan olacaq. “Fast Share” adlı yeni alət yalnız smartfonlar deyil, həm də xrombuk, hətta "iPhone" cihazları arasında məzmun mübadiləsinə imkan verəcək.
 
Fins.az xəbər verir ki, “Share” (Paylaşmaq) sistem menyusu vasitəsilə internet bağlantısı olmadan yaxınlıqda yerləşən qurğulara şəkil, sənəd, link, kopyalanmış mətni və başqa məzmunu göndərmək mümkün olacaq. Digər bir üsul "Sazlamalar"a daxil olmaq, “Google”u işə salmaq və “Fast Share” seçməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9069
  • ₽ RUB
    0.027