İKT

“Huawei” öz əməliyyat sisteminin testi üçün 1 milyon smartfon istehsal edib
12 İYUN
173

“Huawei” öz əməliyyat sisteminin testi üçün 1 milyon smartfon istehsal edib

2019-06-12 19:36:00

Huawei tərtibatçıları aktiv şəkildə fərdi əməliyyat sistemi üzərində çalışmağa davam edirlər. Görünür, həmin əməliyyat sistemi artıq hazırdır. Belə ki, bir sıra mənbələrin verdikləri məlumata əsasən şirkət fərdi əməliyyat sisteminin hazırlanmasından test mərhələsinə keçid edib. Bu barədə China Daily saytına istinadən Gagadgetsaytı xəbər verib. Rosenblatt Securities adlı broker şirkətinin verdiyi məlumata əsasən şirkət öz əməliyyat sisteminin test olunması üçün nəzərdə tutulmuş 1 milyon smartfon modelini artıq istehsal edib.

    Sözügedən əməliyyat sistemi bütün Android tətbiqləri ilə uyğunlaşır və özəl məlumatların qorunması üçün geniş təhlükəsizlik funksionallığına sahibdir. Şirkət söz verir ki, fərdi əməliyyat sistemini smartfonlardan başqa həmçinin planşetlərə, kompüterlərə, televizorlara, avtomobillərə və daşınıla bilən cihazlara quraşdırmaq mümkün olacaq. Yeni əməliyyat sistemi ya bu ilin payız fəslində ya da gələn ilin yaz fəslinə kimi işıq üzü görməlidir.

   Onu da qeyd etmək lazımdır ki, şirkət artıq öz əməliyyat sistemini bir sıra ölkələrdə qeydiyyatdan keçirdib. Bura Kanada, Meksika, İspaniya, Cənubi Koreya, Avstraliya, Yeni Zelandiya, Peru, Türkiyə, Filippinlər və bir sıra Avropa ölkələri daxildir. Bir sıra məlumatlara əsasən Huawei şirkətinin əməliyyat sistemi Çində HongMeng, qlobal bazarda isə Ark və ya Oak adını əldə edəcək.

©Technote

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9164
  • ₽ RUB
    0.0263