İKT

ABŞ “Apple”, “Google”, “Amazon” və “Facebook”la bağlı antiinhisar yoxlaması apara bilər
04 İYUN
104

ABŞ “Apple”, “Google”, “Amazon” və “Facebook”la bağlı antiinhisar yoxlaması apara bilər

2019-06-04 15:12:00

ABŞ hakimiyyəti “Apple”, “Google”, “Amazon” və “Facebook” şirkətlərinə qarşı antiinhisar yoxlamasına başlamaq imkanını nəzərdən keçirir.

Fins.az xəbər verir ki, ölkədə antimonopoliya qanunvericiliyinə əməl olunmasına nəzarət edən Federal Ticarət Komissiyası və ABŞ Maliyyə nazirliyi bu şirkətlər üzərində nəzarəti bölüşdürməyə qərar veriblər. Belə ki, “Apple” və “Google” Maliyyə nazirliyinin, “Amazon” və “Facebook” isə digər qurumun nəzarəti altında olacaq.

Qeyd edilir ki, qurumlar rəsmi təhqiqata başlamaq haqda hələlik qərar verməyiblər. Böyük ehtimalla tez bir zamanda nəticələr əldə etmək mümkün olmayacaq. Çünki Federal Ticarət Komissiyasının “Google”a qarşı daha əvvəlki təhqiqatı 2 ildən çox çəkdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.93
  • ₽ RUB
    0.0269