İKT

Yeni “Sony Playstation” modelinin xüsusiyyətləri məlum olub
18 APREL
152

Yeni “Sony Playstation” modelinin xüsusiyyətləri məlum olub

2019-04-18 14:18:00

“Sony PlayStation”nın aparıcı arxitektoru Mark Serni “Wired” portalına eksklüziv müsahibəsində oyun konsolunun yeni modeli haqqında məlumat verib.

Fins.az xəbər verir ki, onun sözlərinə görə, yeni oyun konsolu “Zen 2” arxitekturasında işləyən üçüncü nəsil “AMD Ryzen” prosessoru və 8K təsvir ölçüsünü dəstəkləyən videokartla təchiz ediləcək. Həmçinin yeni “PlayStation” konsolunda tutumlu səslənmə üçün məsuliyyət daşıyan xüsusi audioçip quraşdırılacaq.

Serni dəqiqləşdirib ki, HDD toplayıcı SSD ilə əvəz ediləcək.

Bundan başqa, yeni oyun konsolu “PS VR” virtual reallıq şlemini dəstəkləyəcək və “PlayStation 4” ilə əks-uyğunluğa malik olacaq.

Oyun konsolunun qiyməti və çıxarılma tarixi hələ açıqlanmayıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9142
  • ₽ RUB
    0.0271