İKT

3D görmə funksiyası olan unikal robortlar
11 APREL
107

3D görmə funksiyası olan unikal robortlar

2019-04-11 12:37:00

Amerikanın "Boston Dynamics" şirkətinin robotları müasir robototexnika sahəsinin ən son nailiyyətlərini nümayiş etdirən əla nümunələrdir. Buna baxmayaraq, onlar gündəlik həyatın reallıqlarına və perspektivdə qarşılarına qoyulacaq tapşırıqlara hələ hazır deyillər. Ancaq şirkətin bu yaxınlarda əldə etdiyi “Kinema Systems” startapı sayəsində hər şey düşünüldüyündən də tez dəyişə bilər. Fins.azın məlumatına görə, əldə olunan bu saziş sayəsində “Boston Dynamics” qutuları daşıyan, habelə qaçan, tullanan, qab yuyan robotların daşınması istiqamətində böyük addım atıb. 

“Kinema Systems” Menlo-Parkı təmsil edən kiçik Kaliforniya şirkətidir. Müəssisə dərin süni intellekt texnologiyasından istifadə edir. Məqsəd robotları müxtəlif obyektlərin yerdəyişməsini və yerini müəyyənləşdirmək üçün lazım olan üçölçülü görmə funksiyası ilə təmin etməkdir. Bu sistem maşına müxtəlif məhsulları tanımağa, həmin obyektlərin səthi ideal hamar olmasa belə, müxtəlif ölçülü obyektləri manipulyasiya etməyə icazə verir. İndi “Boston Dynamics” şirkəti laboratoriya şəraitindən kənarda da robotlarını nəhayət daha praktik və effektli edəcək proqram təminatına malikdir.

Yeri gəlmişkən, “Pick System” üçölçülü görmə texnologiyası “Handle” robotunun yeni versiyasında sınaqdan keçirilib. Sınağın lentə alınan videosunda bir neçə robotun konveyerin altlığından qutuların yerini dəyişdirməsi görünür.

“TechCrunch” portalının da qeyd etdiyi kimi, “Kinema Systems” tərəfindən hazırlanan proqram platforması universal olduğu üçün üçölçülü görmə funksiyası “Boston Dynamics” şirkətinin başqa robotlarına da inteqrasiya edilə bilər. Məsələn, insanabənzər “Atlas” və ya itəbənzər “SpotMini” robotuna.

Hazırda şirkət əsas diqqətini məhz yükdaşıyan “Handle” robotuna ayırıb. Şirkətin bu maşınları real istehsalçılara nə zaman satışa çıxaracağı bəlli deyil. Ola bilsin, tezliklə.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266