İKT

Bu proqram gözdən əlil insanlara smartfondakı şəkillərə baxmağa imkan verəcək
14 MART
129

Bu proqram gözdən əlil insanlara smartfondakı şəkillərə baxmağa imkan verəcək

2019-03-14 15:23:00

“Microsoft” korporasiyası “Seeing AI” mobil proqramının yeni versiyasını təqdim edib. Sözügedən proqram kompüter görmə texnologiyasının köməyi ilə gözdən əlil və zəif görən insanlara smartfon və ya kompüterdə şəkillərə “baxmağa” imkan verəcək.
 Mobil proqramı işə salmaq üçün istifadəçi ekrandakı təsvirə toxunuş etməlidir. Kompüter görmə sistemi təsvirin detallarını tanıyaraq onları dinamik və ya qulaqlıqlar vasitəsilə səsləndirir.
13 martdan etibarən “Seeing AI” proqramı “iOS” əməliyyat sisteminin idarəetməsi altında işləyən qurğularda əlçatandır. Mobil tətbiq pulsuzdur, “App Store” və “Google Play” mağazalarında əlçatandır.

©ICTnews

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9143
  • ₽ RUB
    0.0267