İKT

Xiaomi şirkəti rəsmi olaraq Redmi 7 smartfonunun təqdimat tarixini elan etdi
14 MART
98

Xiaomi şirkəti rəsmi olaraq Redmi 7 smartfonunun təqdimat tarixini elan etdi

2019-03-14 13:02:00

Xiaomi şirkəti özünün müstəqil şəkildə fəaliyyət göstərən Redmi brendinin növbəti büdcəli smartfon modeli olacaq Redmi 7-nin təqdimat tarixini rəsmi olaraq elan etdi. Beləliklə Redmi 7 smartfonu 18 mart tarixində Redmi Note 7 Pro modeli ilə birlikdə təqdim olunacaq. Qeyd etmək lazımdır ki, həmin gündə həmçnin şirkətin yeni gamer smartfonu olacaq Black Shark 2 də təqdim olunacaq. Son məlumat sızıntılarına əsasən Redmi 7 modeli 19:9 nisbətli 1520x720 piksel keyfyyətli 6.26 düym IPS ekran (ekran üzərində damcı formalı çıxıntı hissəli), Snapdragon 636 prosessoru, 3/4 GB RAM, 12 MP-lik ikili arxa kamera, 8 MP-lik ön kamera və 3900 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Xiaomi şirkətinin CEO-su Lei Jun bildirmişdi ki, Redmi 7 smartfonu 120$-dan baha qiymətə satılmayacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264