İKT

Azərbaycanda internetlə satışlar 5 dəfə artıb
12 MART
73

Azərbaycanda internetlə satışlar 5 dəfə artıb

2019-03-12 14:47:00

Azərbaycan Respublikası ərazisində 2019-cu ilin yanvar ayında debet və kredit kartları vasitəsi ilə 1 mlrd. 436 mln. manatlıq əməliyyat aparılıb.

Fins.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə Mərkəzi Bankın 2019-cu ilin ilk ayına olan debet və kredit kartları ilə aparılan əməliyyatlara dair hesabatında bildirilir.

Ölkə daxilində aparılan ATM ilə əməliyyatların həcmi  982 mln. manat və POS terminal ilə 58 mln. manatlıq nağd şəkildə pul çıxarlıb. Bu da ATM-lərlə çıxarılan pulun həcmində illik 21,5% artımın, POS terminallarla isə 20,8% artımın olması deməkdir.

Ölkə daxilində cari ilin ilk ayında nağdsız ATM ilə ödənişin həcmi 18 mln. manatlıq və POS terminal ilə isə 106 mln. manatlıq ödəniş həyata keçirilib. ATM-lərdə bu illik göstərici bir qədər cüzi artsa da, POS terminallarda bu artım 39,5% ilə qeydə alınıb.
Ən böyük göstərici isə elektron ticarət vasitəsilə qeydə alınıb. Belə ki, 2019-cu ilin ilk ayında 162 mln. manatlıq elektron üzərində əməliyyatlar həyata keçib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 86,2%-lik artımın olması deməkdir. Qeyd edək ki, 2017-ci ilin yanvarında bu rəqəm 30 mln. manat olduğunu nəzərə alsaq son iki ildə 5,4 dəfə artım olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264