İKT

"Samsung" fevralın 20-si yeni smartfonlar təqdim edəcək
11 YANVAR
183

"Samsung" fevralın 20-si yeni smartfonlar təqdim edəcək

2019-01-11 09:40:00

"Samsung" şirkətinin yeni "Galaxy" smartfonu fevralın 20-si San-Fransiskoda keçiriləcək tədbirdə təqdim ediləcək.

Fins.az-ın verdiyi məlumata görə, bu barədə Las-Veqasda keçirilən "Consumer Electronic Show" məişət elektronikası sərgisində bildirilir.

Məlumata əsasən, "S10" smartfonları 3 modeldən ibarət ola bilər - standart "Galaxy S10", böyüdülmüş ekran razmeri olan "S10 Plus" və büdcə modeli "S10 Lite" və ya "S10 E".

Eksperlərin fikrincə, "Samsung" qatlanan "Galaxy X" modelini də təqdim edə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9396
  • ₽ RUB
    0.0272