İKT

“Lenovo” dünyanın ən nazik Bluetooth-səsgücləndiricisini təqdim edib – VİDEO
09 YANVAR
95

“Lenovo” dünyanın ən nazik Bluetooth-səsgücləndiricisini təqdim edib – VİDEO

2019-01-09 12:55:00

CES 2019 istehlak elektronikası sərgisində “Lenovo” şirkəti “Lenovo 700 Ultraportable Bluetooth Speaker” səsgücləndiricisini təqdim edib.

Fins.az xəbər verir ki, şirkət yeni cihazın dünyada ən nazik naqilsiz akustika olduğunu deyir.

Onun qalınlığı 11 santimetr təşkil edir. Səsgücləndirici Bluetooth 5.0 protokolunu dəstəkləyir, NFC vasitəsilə smartfonla əlaqəyə girir və USB Type-C portu ilə şarj olunur.

Cihaz bu ilin aprelində satışa çıxarılacaq və onun ABŞ-dakı qiyməti 150 dollar olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9309
  • ₽ RUB
    0.0256