İKT

“Acer” dünyanın ən yüngül noutbukunu təqdim etdi
08 YANVAR
105

“Acer” dünyanın ən yüngül noutbukunu təqdim etdi

2019-01-08 18:58:00

"CES 2019" İT sərgisində “Acer” şirkəti “Swift 7” noutbukunu təqdim edib.

Fins.az xəbər verir ki, 14 ekran ölçülü bu cihaz cəmi 890 qram çəkiyə və 9,95 mm qalınlığa malikdir.

Bu cür rekord az çəki cihazın korpusunun hazırlanmasında litium, alüminium və maqnium qarışığından istifadə olunması sayəsində əldə olunub. Bundan başaqa kompaktlığı artırmaq üçün istehsalçı ekran ətrafındakı çərçivələri minimuma endirib və nəticədə, displey noutbukun üst qapağının cəmi sahəsinin 92%-ni təşkil edib.

Noutbook bir şajr ilə 10 saata kimi işləməyə bilir. Cihaz 8 və ya 16 QB operativ yaddaşa, 256 və 512 GB SSD yaddaşa malik ola bilər. Sadə komplektasiyada onun qiyməti 1 699 ABŞ dolları təşkil edəcək. Cihaz bu ilin may ayında satışa çıxacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0256