İKT

“LG” qatlanan televizorun satışına bu il başlayacaq
08 YANVAR
226

“LG” qatlanan televizorun satışına bu il başlayacaq

2019-01-08 18:57:00

“LG” şirkəti Las-Veqasda keçirilən “Consumer Electronic Show-2019” sərgisində heyrətamiz LG OLED TV R modelini təqdim edib.

Fins.az xəbər verir ki, bundan öncə “Consumer Electronic Show-2018” sərgisində bu TV-nin prototipi təqdim edilsə də, budəfəki sərgidə modelin son versiyası təqdim olunub və bu ilin ikinci yarısından satışa çıxarılacaq.

İl ərzində istehsalçılar televizorun konstruksiyasının üzərində ciddi çalışaraq yüksək səs effektinə malik 100 vatlıq “Dolby Atmos” səsgücləndirici əlavə edib. TV bir düymə ilə yığılıb-açıla bilir və bu prosesin baş verməsi çox səssiz, bir neçə saniyə ərzində baş verir.

TV 4K ölçülü və “Alpha 2” prosessoru ilə təchiz olunub. Bununla yanaşı “WebOS” əməliyyat sistemi ilə işləməsinə baxmayaraq, “Alexa”, “AirPlay 2” və “HomeKit”i də dəstəkləyir.

LG OLED TV R-in dəqiq satışa çıxarılacağı tarix və qiyməti tezliklə elan olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9396
  • ₽ RUB
    0.0272