İKT

“iPhone 2019” smartfonlarında tətbiq ediləcək yeniliklər məlum olub
08 YANVAR
170

“iPhone 2019” smartfonlarında tətbiq ediləcək yeniliklər məlum olub

2019-01-08 16:41:00

ABŞ-ın “Apple” şirkəti “iPhone 2019” smartfonlarını ekrana qurulmuş barmaq izi sensoru və sürətli enerjidoldurma imkanına malik “USB-C” portu ilə təchiz etməyə qərar verib. “Atherton Research” şirkətinin analitiki Cin Baptist belə deyib.
 
Fins.az xəbər verir ki, onun sözlərinə görə, həmçinin çərçivəsiz dizayna malik ekranda çıxıntının ölçüsü kiçildilib.
 
Məlumata görə, yeni “iPhone” smartfonlarının qiyməti əvvəlki kimi 1000 dolları ötəcək, halbuki “Android” əməliyyat sisteminin idarəetməsi altında işləyən bir sıra cihazlar öz funksionallığına görə “iPhone” smartfonlarını üstələyir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266