İKT

Xəbər çarxları hazırlayan süni intellekt təqdim olunub
03 YANVAR
195

Xəbər çarxları hazırlayan süni intellekt təqdim olunub

2019-01-03 15:30:00

“Alibaba” və Çinin “Xinhua” xəbərlər agentliyi qısa videoçarxlar düzəldə bilən süni intellekt hazırlayıblar.
Fins.az xəbər verir ki, yeni platforma informasiyanı avtomatik emal edə və sosial şəbəkələr üçün qısa videoçarxlar hazırlaya bilər. Hələ ki bu funksiyalar yalnız maliyyə xəbərləri üçün əlçatandır, ancaq gələcəkdə platformanın köməyi ilə başqa mövzularda da çarxlar düzəltmək mümkün olacaq.
Bundan başqa sözügedən platforma məlumatları avtomatik toplaya və  informasiyanın hazır təhlilini jurnalistlərə təqdim edə biləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9396
  • ₽ RUB
    0.0272