İKT

2019-cu ilin 5 vacib texnologiya trendi
03 YANVAR
99

2019-cu ilin 5 vacib texnologiya trendi

2019-01-03 10:13:00

 Fins.az-ın məlumatına görə, 2018-ci il müəyyən mənada məlum idi ki, 2019-cu ilin elektronika sahəsində hansı texnologiyalar trenddə olacaqlar. MIT Technology Review saytı bu ilin elektronika sahəsindəki trendlərin siyahısını tərtib edib. Həmin siyahını sizlərlə tanış edirik.

Əyilə bilən ekranlar:

    Əyilə bilən ekranlar barəsində söhbətlər hələ 2013-cü ildən aktualdır. Lakin məhz indiki zamanda onlar artıq reallığa çevrilirlər. Huawei və Samsung da daxil olmaqla bir çox mobil telefon istehsalçısı artıq bu il əyilə bilən ekrana sahib smartfonları satışa çıxardacaqlarını bildiriblər. Açıq şəkildə planşeti xatırladacaq bu smartfonların ekranlarını əymək mümkün olacaq. İstifadəçi istənilən zaman cihazı planşet formatından adi smartfon formatına çevirərək cibinə qoya biləcək.

5G şəbəkəsi:

    Dünyanın bəzi yerlərində artıq 5G şəbəkəsinin qeyd olunduğu zonalar var. Lakin beşinci şəbəkə texnologiyası ilə reallaşdırılan bağlantılar hələki naqilsiz routerlər vasitəsilə edilir. 5G texnologiyasına sahib ilk smartfon modelləri isə artıq bu il satışa çıxacaqlar. ABŞ-da Verizon mobil operatoru Motorola smartfonlarını, AT&T isə Samsung smartfonlarını dəstəkləyəcək. Huawei, Xiaomi və OnePlus kimi Çin şirkətləri də öz smartfonlarını bu il ərzində 5G texnologiyasına keçirtməyi planlaşdırırlar. 5G texnologiyasına sahib olacaq smartfonlar adi modellərdən məlumatların yüksək sürətlə ötürülməsi və yüksək keyfiyyətli videoların izlənməsi zamanı siqnalların gecikməməsi ilə fərqlənəcəklər.

Naqilsiz elektrik depolanması texnologiyası:

    Smartfonları naqil vasitəsilə şarj etmək artıq keçən əsr hesab edilir. Lakin bu baxımdan nautbooklar ilə naqilsiz qulaqlıqlar necə olsun? 2017-c ildə Dell şirkəti WiTricity adlı startap ilə bu cür texnologiyanın testini aparırdı. Lakin nəticədə noutbook-un qiyməti 1750$-a kimi qalxmışdı. 2019-cu ildə isə yeni naqilsiz şarj cihazları hesabına bu texnologiyadan istifadə daha ucuz və asan olacaq.

Ağıllı qulaqlıqlar:

    Keçən il səsli köməkçilər demək olar ki, hər yerə inteqrasiya olunurdular. Bu il isə həmin səsli köməkçilərin qulaqlıqlara da inteqrasiya olunacağı gözlənilir. Məsələn Qualcomm şirkəti Android smartfonları ilə çalışmaq üçün nəzərdə tutulmuş qulaqlıq cihazlarına səsin təyin olunması sisteminin inteqrasiya olunmasını və testini yüngülləşdirəcək SDK yaradıb.

8K TV:

    Çox güman ki, siz keçən il ərzində tez-tez 4K televizorlar barəsində eşitmisiniz. 2019-cu ildə isə bir sıra şirkət artq 8K keyfiyyətli televizorları istehsal etməyi planlaşdırır. Bu cür televizorların ekranlarında istifadəçilər ən xırda detalları da görə biləcəklər. Qeyd etmək lazımdır ki, Samsung şirkəti artıq 8K TV televizorunun satışını reallaşdırır. Onun qiyməti isə 15.000$ təşkil edir. Lakin bu cür televizorlar hələki geniş məşhurluq qazanmayıblar. Burda məsələ təkcə yüksək qiymət göstəricisində deyil. Məsələ burasındadır ki, 8K formatında hələki yetəri qədər kontent yoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9398
  • ₽ RUB
    0.0254