İKT

Apple iPad mini yenilənəcək
27 DEKABR 2018
169

Apple iPad mini yenilənəcək

2018-12-27 10:28:00

"Apple" şirkəti 2019-cu ilin birinci yarısında kompakt "iPad mini" planşetinin növbəti nəslini buraxmağı planlaşdırır.

Fins.az ICTnews-a istinadən bildirir ki, istehsal mənbələrinin məlumatına görə, "iPad mini" planşetinin kütləvi istehsalına dekabrın sonunda başlanacaq. Şirkətin bununla planşetlərin ümumi satış həcminin azaldılmasının qarşısını almağa çalışacağı bildirilir.  

Məlumata görə, "Apple" şirkəti 7,9 düymlük kompakt planşeti 2015-ci ildən yeniləməyib. 2017-ci ilin martında isə 128 giqabaytlıq modelin qiyməti 399 dollaradək endirilib. Bundan əvvəlki şayiələrə görə, "iPad mini 5" ucuz displey və yenilənmiş prosessorla təchiz ediləcək.

Bundan başqa, nisbətən ucuz yeni "iPad" modelinin buraxılacağı qeyd olunur. 9,7 düymlük model əvəzinə, daha nazik ekran çərçivəsinə malik 10 düymlük planşet təqdim ediləcək. Qiymətin əvvəlki səviyyədə olacağı gözlənilir.  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264