İKT

Mükəmməl kameraya sahib telefonlar – SİYAHI
26 DEKABR 2018
220

Mükəmməl kameraya sahib telefonlar – SİYAHI

2018-12-26 12:16:00

Şəkil, video çəkmək dövrümüzün olmazsa olmazıdır. Hamımız ağıllı telefon alanda ən yaxşı kamera özəlliyi olanı axtarırıq. Bu vəziyyətin fərqində olan istehsalçılar, artıq telefonlara 3-4 əsas kamera ilə mükəmməl şəkil çəkən modelləri inkişaf etdirirlər. Xüsusilə də üst seqmentdə olan modellərin əsas kameraları professional kameralarla yarışa biləcək səviyyəyə gəlib. Artıq ağıllı telefon kamerası ilə uzun metrajlı filmlər də çəkilir.

Bəs ağıllı telefon alarkən onun kamerasının yaxşı və ya pis olduğunu necə anlaya bilərik?

Bunun həmin an anlamağın bir yolu yoxdur. Çünki kameralar fərqli yerlərdə, fərqli işıqlarda fərqli çəkiliş sərgiləyir.

Fins.az Modern.az-a istinadən xəbər verir ki, bu səbəbə görə, kameranın performansını dəqiqləşdirmək üçün DxOMark etibarlı qaynaqdır. 

Ağıllı telefonların kameraları üzərində testlər keçirən DxOMark, son olaraq ortalama bir qiymət verir.

Əgər ağıllı telefon DxOMark-dan yüksək qiymət aldısa, kamera performansının çox yaxşı olduğunu deyə bilərik.

Elə isə ən yaxşı kameraya malik 10 ağıllı telefonu təqdim edirik:

10) Google Pixel 2

DxOMark qiyməti: 98

 

9) Xiaomi Mi 8

DxOMark qiyməti: 99

8) Samsung Galaxy S9 Plus

DxOMark qiyməti: 99

7) iPhone XR

DxOMark qiyməti: 101

6) Huawei P20

DxOMark qiyməti: 102

5) Xiaomi Mi Mix 3

DxOMark qiyməti: 103

4)Samsung Galaxy Note 9

DxOMark qiyməti: 103

3) HTC U12+

DxOMark qiyməti: 103

2) iPhone XS Max

DxOMark qiyməti: 105

1) Huawei P20 Pro

DxOMark qiyməti: 109

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264