İKT

Facebook istifadəçi məlumatlarını digər şirkətlərə nəyə görə ötürdüyünü açıqladı
24 DEKABR 2018
163

Facebook istifadəçi məlumatlarını digər şirkətlərə nəyə görə ötürdüyünü açıqladı

2018-12-24 10:37:00

Bir neçə gün bundan öncə New York Times qəzeti xəbər vermişdi ki, Facebook şirkəti vaxtı ikən əməkdaşlıq etmiş şirkətlərə qeyri-qanuni şəkildə istifadəçi məlumatlarını təqdim edib. Facebook şirkətinin təmsilçiləri isə New York Times-ın jurnalisltərinin bu ittihamlarına cavab veriblər. Lakin bir çox şəxslər şirkətin bu açıqlamasına skeptik yanaşıblar. Qeyd edək ki, New York Times xəbər vermişdi ki, Facebook öz istifadəçilərinin məlumatlarını Netflix və Spotify kimi böyük şirkətlərə ötürüb.

Facebook təmsilçiləri bildiriblər ki, məlumatların verilməsi həqiqətən də olub. Lakin bu proses Messengerfunksionallığının kənar servislərə inteqrasiya edilməsi çərçivəsində reallaşdırılıb. Başqa sözlə desək, Facebook istifadəçilərə həm sosial şəbəkədə həmdə digər servislərdə qeydiyyatdan keçmiş dostları ilə ünsiyyət qura bilmələri imkanını vermək istəyirmiş.

“Mesajların mübadilə olunması üçün ümumi servisin yaradılması üzrə biz 4 digər şirkət ilə əməkdaşlıq etmişik. Bununla belə məlumatların ötürülməsi istifadəçinin öz hesabına daxil olması şərtilə mümkün ola bilərdi” – deyə Facebook bildirib. Buna baxmayaraq jurnalistlər qeyd ediblər ki, istifadəçi mesajlarının digər şirkətlər tərəfindən oxunulmamasına və ya istifadəçi məlumatlarının həmin şirkətlərə ötürülməməsinə Facebook qənaət vermir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9069
  • ₽ RUB
    0.027