İKT

Facebook bu araşdırmadan sonra ucuzlaşdı
20 DEKABR 2018
160

Facebook bu araşdırmadan sonra ucuzlaşdı

2018-12-20 10:04:00

Fins.az-ın məlumatına görə,jurnalistlər şirkəti şəbəkə istifadəçilərinin məlumatlarının digər şirkətlərə ötürülməsində ittiham edib.2018-ci il dekabrın 19-da The New York Times, Facebook-un istifadəçilərin şəxsi məlumatları ilə gizli işi barədə məlumat verib. Jurnalistlərin fikrincə, sosial şəbəkə 150-dən çox şirkətə məlumatların ötürülməsini həyata keçirib. Onlardan Netflix, Spotify, Sony, Amazon, Microsoft, Apple, Yandex və s. şirkətlərin adını çəkmək olar. Şirkətin özü isə bu ittihamları rədd edir: Facebook nümayəndələri sosial şəbəkənin  heç bir aləti üçüncü tərəfin icazəsi olmadan şirkətlərin istifadəçi məlumatlarına çıxmasına imkan yaratmadığını söyləyiblər.

Müəllif:Aynur Qəniyeva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9396
  • ₽ RUB
    0.0272