İKT

Microsoft Google ilə "yollarını ayırır"
18 DEKABR 2018
118

Microsoft Google ilə "yollarını ayırır"

2018-12-18 15:00:00

Fins.az-ın məlumatına görə,Edge brauzerinin Chromium platformasına keçməsi barədə rəsmi anonsunda Microsoft şirkətinin təmsilçiləri bu migrasiyanın bir plusunu da gizlətdilər. Söhbət Google Chrome-un katalogundaki minlərlə genişlənmədən gedir. Bu məlumatın rəsmi anonslarda qeyd olunmamasının səbəbi yəqin ondadır ki, genişlənmələr mağazası açıq Chromium layihəsinə aid deyil və yalnız Google şirkətinə məxsusdur. Amma, Reddit-dəki sual-cavablar zamanı tərtibatçı komandalarının təmsilçiləri istifadəçiləri sakitləşdirərək təsdiq etdilər - onlar mövcud Chrome genişlənmələrini dəstəkləməyi planlaşdırırlar. Microsoft Edge-ın ikinci nəsli klassik proqram olacaq, universal Windows tətbiqi yox. Ona görə də bir çoxlarını maraqlandıran sual brauzerin PK olmayan platformalarda dəstəklənməsidir. Məlum oldu ki, şirkətin mühəndisləri yeni brauzeri bürün Windows 10 cihazlarına keçirmək istəyirlər, həmçinin Xbox oyun konsoluna da. Hazırda Windowsun universal tətbiqləri veb-içərisinin göstərilməsi üçün EdgeHTML/Chakra mühərrikindən istifadə edirlər. Eyni əlaqə Chromiuma keçdikdən sonra da istifadə olunacaq. Gələcəkdə Microsoft peşəkarları WebView komponentinin yeni versiyasını hazırlayacaqlar, hansı ki, tərtibatçılara EdgeHTML/Chakra və Blink/V8 arasında seçim etməyə imkan verəcək. Edge tərtibatçıları həmçinin PWA dəstəklənməsindən də imtina etmirlər. İndi olduğu kimi onları həm brauzerdən həm də Microsoft Store-dan yükləmək olacaq. Əvvəl Edge üzərində yaradılmış PWA-lar eyni EdheHTML ilə işləyəcəklər.

Müəllif:Aynur Qəniyeva 

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9323
  • ₽ RUB
    0.0256