İKT

Dünyada bu qədər insanın internetə çıxışı yoxdur
05 DEKABR
98

Dünyada bu qədər insanın internetə çıxışı yoxdur

2018-12-05 16:55:00

Fins.az-ın məlumatına görə, Beynəlxalq Telekommunikasiya İttifaqının hesablamalarına əsasən, dünya əhalisinin 52%-nin və ya 3,7 milyard insanın hələ də internetə çıxışının olmaması, rəqəmli fərqin aradan qaldırılması və inkişaf edən texnologiyaların tətbiqi üçün qurulacaq və ya təkmilləşdiriləcək infrastrukturun həcminin böyük və bahalı olmasıdır. Məlumat üçün bildirək ki, Beynəlxalq Telekommunikasiya İttifaqının təxminlərinə görə, növbəti 1.5 milyard insanın bağlantı ilə təmin edilməsi təqribən 450 milyard ABŞ dolları həcmində vəsait tələb edir.GSM Assosiasiyasının təxminlərinə əsasən isə,  2020-ci ilədək dünya əhalisinin  4.1 milyardı LTE xidmətlərindən istifadə edəcək. Həmçinin, ehtimallara görə, 2021-ci ildə “5G” xidmətlərindən istifadə edənlərin sayı 740 milyona çatacaq.

Müəllif:Aynur Qəniyeva

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9292
  • ₽ RUB
    0.0255