İKT

Sony şirkətinin əyilə bilən smartfonu şəffaf ola bilər
03 DEKABR
88

Sony şirkətinin əyilə bilən smartfonu şəffaf ola bilər

2018-12-03 10:14:00

Görünür, 2019-cu il mobil cihazlar bazarında innovasiyalı il olmağa iddialıdır. Belə ki, gələn il 5G şəbəkəsi istifadəyə veriləcək, əyilə bilən və ekran üzərində kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi hissəyə sahib smartfonlar satışa çıxacaqlar. Həmçinin 10 GB-a kimi RAM və çoxlu sayda kamera göstəricilərini də unutmaq lazım deyil. Artıq bir çox şirkət yeni nəsil texnologiyaların istifadə ediləcəyi məhsulların hazırlanmasını təsdiqləyib.

 İndi isə növbə Sony şirkətinə çatıb. Görünür, şirkət öz ilk əyilə bilən smartfon modelini bir qədər qeyri-adi şəkildə reallaşdıracaq. Belə ki, şirkətin yeni patentində iki ekrana sahib smartfon əks olunub. Ekranlardan biri ön paneldə, digəri isə arxa paneldə yerləşir. Patent məlumatına əsasən ekranlar 6 rejimdə çalışa biləcəklər. Yəni hər bir ekrana 3 çalışma rejimi aid olacaq: Şəffaf, yarımşəffaf və şəffaf olmayan. Bununla yanaşı patentdə qeyd olunub ki, smartfonun ekranı yığıla biləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9292
  • ₽ RUB
    0.0255