İKT

Telefon qovşaqlarının adları dəyişdirilib
30 NOYABR
149

Telefon qovşaqlarının adları dəyişdirilib

2018-11-30 14:08:00

"Bakı Telefon Rabitəsi" MMC-nin strukturuna daxil olan Telefon qovşaqları hazırda  Rabitə Xidmətləri Mərkəzləri adı altında xidmət göstərir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Fins.az-a verilən məlumata görə, Yasamal Telefon Qovşağı – 1 saylı Rabitə Xidmətləri Mərkəzi, Xətai Telefon Qovşağı – 2 saylı Rabitə Xidmətləri Mərkəzi, Nizami Telefon Qovşağı – 3 saylı Rabitə Xidmətləri Mərkəzi, Sabunçu Telefon Qovşağı – 4 saylı Rabitə Xidmətləri Mərkəzi, Xəzər Telefon Qovşağı – 5 saylı Rabitə Xidmətləri Mərkəzi, Qaradağ Telefon Qovşağı – 6 saylı Rabitə Xidmətləri Mərkəzi kimi fəaliyyətini davam etdirir.

Məlumat üçün bildirək ki, "Bakı Telefon Rabitəsi" MMC-nin şəbəkəsində mövcud olan 200-dən çox böyük və kiçik tutumlu ATS-lər vasitəsi ilə Rabitə Xidmətləri mərkəzlərində müxtəlif növ telekommunikasiya xidmətləri göstərilir, eyni zamanda bu xidmətlər üzrə sənədləşdirmə və ödənişlərin qəbulu həyata keçirilir.

Qeyd edək ki,  2017-ci ilin 19 iyul tarixində “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyi (BTRİB) yenidən təşkil olunaraq “Bakı Telefon Rabitəsi” MMC-yə çevrilib.

Eləcə də bax: "Google translate" yenilənib

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9292
  • ₽ RUB
    0.0255