İKT

Çindəki kasıb və təhsilsiz insanlar necə iPhone işlədə bilirlər?
27 NOYABR
181

Çindəki kasıb və təhsilsiz insanlar necə iPhone işlədə bilirlər?

2018-11-27 15:56:00

Çində aparılan bir araşdırmaya görə, bu ölkənin iPhone istifadəçiləri kasıb və təhsilsizdir. Bu nəticə dünyanın bir çox yerində yaşayan insanları təəccübləndirə bilər, çünki Apple əsla ucuz bir marka olmamaqla yanaşı, iPhone telefonunun qiymətləri də gedərək artır. iPhone telefonunun son modelinin 1449 dollar olduğunu nəzərə alsaq, bu telefonu kasıb insanların necə istifadə etdikləri maraqlıdır.

Çinin “MobData” adlı anket firması telefon istifadəçiləri ilə bağlı cinsiyyət, təhsil səviyyəsi, yaş kimi demoqrafik xüsusiyyətlərin daxil olduğu bir araşdırma həyata keçirib. Bu araşdırmaya görə, Çində insanlar kasıb olduqlarını gizlətmək üçün iPhone istifadə edirlər.

Araşdırmaya ətraflı nəzər saldıqda görürük ki, iPhone istifadəçilərinin əksəriyyəti orta məktəb məzunu olan, 18-34 yaş aralığında evli olmayan qadınlardır. Bu istifadəçilər həmçinin, 432 dollardan aşağı aylıq əmək haqqı əldə edirlər. Bununla yanaşı Huawei ağıllı telefon sahiblərinin anketə görə, əsasən 25-34 yaş aralığında olan evli kişilər olması ilə yanaşı, ali təhsilli şəxslərdir. Gəlirləri isə əsasən ayda 720 dollar ilə 2880 dollar arasında dəyişir.

Eləcə də bax: "Google" Kaliforniyada 1 milyard dollara ofis binaları kompleksi alıb

Onu da qeyd edək ki, Huawei istifadəçilərinin əsasən şəxsi avtomobilləri olduğu halda, Apple istifadəçilərinin isə yoxdur.

Huawei Çin bazarında liderliyi əlində saxlayır ki, onu Xiaomi, Oppo və Vivomarkaları izləyir. Apple firmasının payı isə 9% – dir.

Mövzuya başqa perspektivdən yanaşan insanlar isə belə düşünürlər ki, iPhonetelefonları daha dayanıqlı olduğu və aşağı büdcəli insanların telefonlarını tez-tez dəyişdirmək imkanı olmadığı üçün onlar, bu markaya üstünlük verirlər. Marka aludəçiliyi olmayan, yəni hər çıxan yeni modeli almaq istəməyən insanlar üçün bu məntiqli yanaşma ola bilər.

©Banco

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9322
  • ₽ RUB
    0.0256