İKT

5G-nin tətbiqi sağlamlıq üçün təhlükəlidir
15 NOYABR
738

5G-nin tətbiqi sağlamlıq üçün təhlükəlidir

2018-11-15 12:46:00

Fins.az-ın məlumatına görə Hollandiyada 5G texnologiyasını testdən keçirdikdən sonra yüzlərlə quş ölüb.Bu nə idi?Yüksək texnologiyalar təbiətə qarşıdır ya başqa səbəblər də var? Bir həftə öncə Hollandiyada 1000-ə yaxın sığırçın ölüb.Bu hadisə 5G şəbəkəsinin işə salınmasından  dərhal sonra baş verib.Bu qorxunc mənzərənin şahidlərin fikrincə sığırçınlar 5G şəbəkəsinin işə salınmasından sonra ölüb. Şahidlər deyir ki,” Ördəklər  həmin gün qəribə davranırdılar: başlarını suya gizlədirdilər və ya yerlərindən çıxdılar və radio dalğalarının onlara zərər verə bilməyəcəyi yerlərə gedirdilər”

Əvvəlcə mütəxəssislər  epidemiya nəticəsində  quşların qırdığını düşünürdülər. Ancaq hadisə yerindən  virusun əlamətləri, bakterial infeksiyalar, qan və zəhər izləri tapılmadı. Analiz nəticələri tamamilə sağlam nəticə verirdi.Bu ölümlərin ağlabatan izahı quşların 5G şəbəkənin təsirindən öldüyü və bu şəbəkənin quşların ürəyinə mənfi  təsir göstərməsidir.

“Ətraf mühiti qoruyan həkimlər” təşkilatının sədri Peter Calin xəbərdarlıq edir: 5G texnologiyası  dəri tərəfindən xüsusilə fəal şəkildə sorulan elektromaqnit radiasiyasına malikdir. Bu, xərçəng riskini bir neçə dəfə artırır.

Haaqada həmin günlərdə radiotezlik dalğalarının uzunluğu 4.05 sm olub. Bu səviyyədə olan radiotezlik dalğaları quşlara mənfi təsir edib. 5G yayımı edən qüllə, sığırçınların öldüyü yerdən təxminən 400 metr məsafədə yerləşir. Ölü quşlardan götürülmüş nümunələr  indi Wageningen Bioveterinary Laboratoriyasında öyrənilir. Şəhər əhalisinə quşların cəsədləri olan parkın bir qismini ziyarət etmək qadağan olunub.

 Xatırladaq ki, Hollandiyada daha əvvəl də 5G şəbəkəsinin işə salınmasından sonra təsərrüfatlardakı inəklər dəli olmağa başlamışdılar,fermaların qapısını sındırmışdılar. Heyvanlar yalnız 5G əsas stansiyalarını bağladıqdan sonra sakitləşmişdı.

 Müəllif:Aynur Qəniyeva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9335
  • ₽ RUB
    0.0255