İKT

'Messenger'in əsas rəqibi hansı şirkətdir?
02 NOYABR
97

'Messenger'in əsas rəqibi hansı şirkətdir?

2018-11-02 14:17:00

 Facebook şirkətinin CEO-su Mark Zuckerberg Apple şirkətinin iMessage messencerini messencerlər bazarında şirkətin əsas rəqibi hesab edir. Bu barədə o, Facebook şirkətinin üçüncü rüb göstəricilərinin təqdim edilməsindən sonra analitiklərə və jurnalistlərə bildirib. Mark-ın sözlərinə görə Whatsapp ilə Messenger Avropa bazarında lider mövqeyini tuturlar. Belə ki, Avropa bazarında iOS ilə Android smartfonların satışları eyni səviyyədə gedir. Lakin sözügedən messencerlər ABŞ kimi vacib bazarda Apple şirkətinə uduzurlar.

Belə ki, ABŞ-da iPhone smartfonlarının satışı daha yüksəkdir. “Bugün bizim ən böyük rəqibimiz iMessage-dir. iPhone smartfonlarının satışlarının güclü olduğu ABŞ bazarı kimi yerlərdə Apple şirkəti özünün iMessage messencerini istifadəçilər arasında ünsiyyət üçün standart tətbiq kimi qələmə verir” – deyə Mark Zuckerberg bildirib. Sosial şəbəkə də daxil olmaqla Messenger, Whatsapp və Instagram servislərindən bütün dünya üzrə 2.6 milyard insan istifadə edir. Zuckerberg qeyd edib ki, onların istifadəçiləri gün ərzində bir-birilərinə 100 milyard mesaj göndərirlər. Bundan əlavə olaraq istifadəçilər Whatsapp-da foto, videolar və linkləri sosial şəbəkədən fərqli olaraq daha çox paylaşırlar.

©texhnote

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258