İKT

Galaxy W2019 qapaqlı flaqman smartfonunun real fotoları sızdırılıb
01 NOYABR
180

Galaxy W2019 qapaqlı flaqman smartfonunun real fotoları sızdırılıb

2018-11-01 17:47:00

Çinin Weibo adlı sosial şəbəkəsində Galaxy W2019 qapaqlı flaqman smartfonunun real fotoları sızdırılıb. Sızdırılmış fotolar sayəsində yeni smartfonu hər tərəfdən müşahidə etmək olar. Beləliklə W2019 modeli metal gövdəyə və ikili arxa kameraya sahib olacaq. Smartfonun sağ hissəsində barmaq izi skanı texnologiyası, sol hissəsində isə səsin tənzimlənməsi düymələri və çox güman ki, Bixby səsli köməkçisini işə salmaq üçün düymə yerləşəcək. Smartfonun aşağı hissəsində səsgücləndirici, mikrofon və USB Type-C girişini görmək olar. Məlumat sızıntılarına əsasən Galaxy W2019 4.2 inç Super AMOLED ekran, Snapdragon 845 prosessoru, 8 GB RAM, 3000 mAh enerji tutumlu batareya və ikili ön kamera ilə təchiz olunacaq. Onun təqribi qiyməti 2000$ təşkil edəcək. Smartfonun təqdimat və satış tarixləri barəsində hələki heç bir məlumat yoxdur. Lakin çox güman ki, Galaxy W2019 bu ilin sonunda yada gələn ilin əvvəlində təqdim olunacaq.

 Eləcə də bax:AzerTelecom şirkətinin rəhbər şəxsləri Global İnfluencer Day tədbirinin spikeri və moderatoru 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258