İKT

kiberhücuma məruz qalan SMARTFONLAR
31 OKTYABR
99

kiberhücuma məruz qalan SMARTFONLAR

2018-10-31 15:22:00
Cihazların yoluxdurulmasının klassik ssenarisindən başqa Azərbaycan istifadəçiləri digər kiber-risklərlə də qarşılaşıb.
Fins.az  xəbər verir ki bunu “Kaspersky Lab” şirkətinin Azərbaycanda rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirib. Onun sözlərinə görə, məsələn, istifadəçilərin 21%-i tərkibində hər hansı servisin parolu olan məlumat göndərib ki, bu da informasiyanın məxfililiyinin qorunmasını zərbə altına qoyub. 
 
"İstifadəçilərin 19%-i trollinqin qurbanına çevrilib, yəni, internetdə təcavüzkar təqibə və təhqirə məruz qalıblar, 15%-i isə oğurluq və ya itki nəticəsində içində məlumatlar saxlanılan smartfonlarından məhrum olub. Müxtəlif veb-servislər tərəfindən hesabların sındırılması ilə respondentlərin 9%-i rastlaşıb, bunlar əsasən sosial şəbəkələrdəki hesablar olub (78% hallarda)",- deyə M.Məmmədov əlavə edib.
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9377
  • ₽ RUB
    0.0257