İKT

Yeni fabrikdə robot istehsal edən robotlar işləyəcək
29 OKTYABR
79

Yeni fabrikdə robot istehsal edən robotlar işləyəcək

2018-10-29 16:01:00
İsveçrədə fəaliyyət göstərən “ABB” beynəlxalq şirkəti Şanxayda “gələcəyin fabriki”nin inşasına 150 milyon dollar məbləğində vəsait yatırmaq niyyətini açıqlayıb. Gələcəyin fabrikində robotlar digər robotları istehsal edəcək.
 
Eləcə də bax:Bu SİM kartda danışıqları dinləmək mümkün olmayacaq - İLK DƏFƏ
 
Fins.az xəbər verir ki, “ABB” şirkətinin press-relizinə əsasən, yeni müəssisənin 2020-ci ilin sonunadək istismara verilməsi planlaşdırılıb. Süni intellekt sahəsində rəqəmsal texnologiya, robot texnikası və qabaqcıl tədqiqatları birləşdirməyə imkan verəcək fabrikdə yeni növ robotlar işləyəcək, insanlar isə onların işinə nəzarət edəcək.
 
“ABB” (Asea Brown Boveri Ltd.) – elektrotexnika, enerji maşınqayırması və informasiya texnologiyaları sahəsində ixtisaslaşmış beynəlxalq şirkətdir. 1988-ci ildə İsveçin “ASEA” və İsveçrənin “Brown, Boveri & Cie” şirkətlərinin birləşməsindən sonra təsis edilib.

 
 
©ICTnews
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9245
  • ₽ RUB
    0.0252