İKT

“AzIntelecom” və “Microsoft” şirkəti arasında SAZİŞ
29 OKTYABR
111

“AzIntelecom” və “Microsoft” şirkəti arasında SAZİŞ

2018-10-29 15:25:00

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NYRTN) və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “İnnovasiya həftəsi” çərçivəsində NYRTN və “Microsoft Azərbaycan” MMC arasında əməkdaşlığa dair təqdimat keçiriləcək.

NYRTN-dən Fins.az-a verilən məlumata görə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzIntelecom” və “Microsoft” şirkəti arasında dövlət strukturları üçün proqram təminatı lisenziyalarının alınması haqqında 3 illik saziş mövcuddur. Sazişin əsas məqsədi bu sahədə xərclərə qənaət etmək, ölkənin əqli mülkiyyət hüquqlarının qorunması ilə bağlı reytinqlərdə mövqeyini yaxşılaşdırmaq, innovasiya ekosistemini inkişaf etdirmək, bu sahəyə xarici investisiyalar cəlb etmək, habelə ölkədə elektron xidmətlərdən istifadə sayını artırmaqdır.

Tərəflər arasında əldə olunan razılığa əsasən, dövlət qulluqçularının kompüterləri (20,000 lisenziya) “Microsoft” proqram təminatı lisenziyaları (Windows Pro, Office 365 ProPlus, Core CAL) ilə təmin edilir, habelə ali təhsil müəssisələrini akademik güzəşt ilə lisenziyalaşdırılır.

 Eləcə də bax:Bu SİM kartda danışıqları dinləmək mümkün olmayacaq - İLK DƏFƏ

29 oktyabr tarixində keçiriləcək tədbirdə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini Əli Abdullayev, “Microsoft” şirkətinin Mərkəzi və Şərqi Avropa ölkələrinin kibertəhlükəsizlik üzrə rəhbəri Dmitriy Beresnev, Mərkəzi və Şərqi Avropa ölkələrində Dövlət Qurumları üzrə Biznes İnkişafı direktoru Evanqelos Xrisafidis, “Microsoft Azərbaycan” MMC-nin baş direktoru Sərxan Həşimov çıxış edəcək.

Tədbir çərçivəsində nazirliyin tabeliyindəki “İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi” MMC ilə “Microsoft Azərbaycan” MMC arasında “Əşyaların İnterneti” laboratoriyanın yaradılmasına dair Anlaşma Memorandumu da imzalanacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9368
  • ₽ RUB
    0.0259