İKT

Daha bir "Apple" məhsulunun görüntüləri sızdırıldı
29 OKTYABR
78

Daha bir "Apple" məhsulunun görüntüləri sızdırıldı

2018-10-29 14:34:00

Insayderlər daha bir "Apple" məhsulunun təqdimat öncəsi fotosunu əldə edib.

Fins.az xəbər verir ki, "9to5Mac" saytı sabah təqdim olunması güman olunan iPad Pro 2018 modelinin fotosunu təqibçiləri ilə paylaşıb.

 Eləcə də bax:Süni zəka tərəfindən yaradılmış ilk rəsm hərracda 432.000 dollara satıldı

Sözügedən modelin fotosu "iOS 12" əməliyyat sisteminin beta versiyasında aşkar edilib.

Yeni iPad Pro 2018 modeli daha qalın çərçivəyə sahib olacaq. Planşetin yuxarı hissəsində cihazı aktiv/deaktiv etmək düyməsi, sağ hissədə isə səsin tənzimlənməsi düymələri yerləşir.

Qeyd edək ki, iPad Pro 2018-in kiçik versiyası 10.5 inç, böyük versiyası isə 12.9 inç ekrana sahib olacaq. Yeni planşet modeli həmçinin A12X prosessoru, USB Type-Cvə Apple Pencil stilusu ilə təchiz olunacaq.

©Finans

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9274
  • ₽ RUB
    0.0254