İKT

“Google” axtarış tarixçəsinin silinməsi prosesini asanlaşdırıb
25 OKTYABR
139

“Google” axtarış tarixçəsinin silinməsi prosesini asanlaşdırıb

2018-10-25 12:26:00

“Google” şirkəti axtarış tarixçəsinin silinməsi prosesini asanlaşdırıb. İndi istifadəçilər tarixçəni silmək üçün hesab sazlamalarına daxil olmaq əvəzinə, əsas səhifədə "Google axtarış sistemində öz məlumatlarını idarə edin" linkinə keçid etməlidir.

Eləcə də bax:10 yaşlı qız 35 min dollardan çox pulu necə qazandı?
 
Fins.az xəbər verir ki, "axtarış sistemində aparılmış əməliyyatlar" bölməsində “Google” hesabında edilmiş bütün əməliyyatları görmək mümkündür. Həmçinin həmin yerdə proqramlar və axtarışın tarixçəsi, səsli idarəetmənin tarixçəsini tamamilə deaktiv etmək olar.
 
Kompüter və mobil qurğularda brauzerlərdə yeni imkanlar artıq əlçatandır. Yenilik “Google”un “iOS” və “Android” sistemləri üçün mobil tətbiqlərindən istifadə edənlər üçün yaxın həftələr ərzində əlçatan olacaq. Gələn il isə eyni məxfilik sazlamaları “Google”un "Xəritə" və başqa xidmətlərində əlçatan olacaq.

©ICTnews
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258