İKT

“Ağıllı” balış icad olundu - Qiyməti 99 dollar
23 OKTYABR
160

“Ağıllı” balış icad olundu - Qiyməti 99 dollar

2018-10-23 12:58:00

“Podoon” adlı “ağıllı” balış insanın rahat yatması üçün onun yatış pozasına avtomatik uyğunlaşa bilir.
 
Fins.az  xəbər verir ki, “Podoon” balışı başı deyil, məhz boyunu dəstəkləyən anatomik formaya malikdir. Sözügedən balış əlavə rahatlıq üçün insanın yatış pozasına uyğunlaşır, insan kürəyi və ya yanı üstə yatdıqda balışın aşağı hissəsi azca qaldırılır və ya aşağı salınır. Təzyiq datçiklərindən istifadə edilməsi nəticəsində “ağıllı” balış insanın yatış pozasını dəyişməsindən xəbər tutur və balışın lazımi hissəsini azca qaldıran xüsusi kameranı hava ilə doldurur.

Eləcə də bax:iPhone – u olmayan Apple səhmdarı kimdir?
 
Balışın daxilində 7 gün avtonom işləməyə imkan verən 2500 milliamper/saat tutumunda akkumulyator quraşdırılıb və onun enerji ilə doldurulmasına təxminən 4 saat vaxt sərf edilir.
 
Belə balışın qiyməti ilkin sifariş üzrə 99 dollardır. İlk partiya 2019-cu ilin fevralında tədarük olunacaq.

ICTnews
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258