İKT

Pilotsuz nəqliyyat təyyarəsi 1,5 ton yük daşıya bilir
19 OKTYABR
108

Pilotsuz nəqliyyat təyyarəsi 1,5 ton yük daşıya bilir

2018-10-19 12:35:00

Çinin Daxili Monqolustan Muxtar Rayonunda “Feyhun 98” pilotsuz nəqliyyat təyyarəsinin ilk uğurlu uçuş sınağı keçirilib.
Elektron Xəbər Xidməti “Belta” resursuna istinadən yazır ki, pilotsuz uçan aparat “Y-5B” nəqliyyat təyyarəsi əsasında yaradılıb. Təyyarənin maksimal uçuş kütləsi 5,25 ton, maksimal yükqaldırma qabiliyyəti 1,5 ton, yük bölməsinin maksimal həcmi 15 kubmetr, uçuş hündürlüyü 4 min 500 m, kreyser sürəti saatda 180 km, maksimal uçuş məsafəsi 1,2 min km təşkil edir. Aparatın uçuş və enişi üçün minimal məsafə 150 metrə bərabərdir.

Eləcə də bax:"Huawei" sevənlər üçün 4 yeni smartfonun münasib QİYMƏTLƏRİ

Fins.az xəbər verir ki, “Feyhun 98” uçuş xüsusiyyətlərinə görə ucqar və mürəkkəb relyefli ərazilərə yüklərin daşınması üçün tələblərə cavab verir. “SF UAS” şirkətinin direktoru Yan Tsyun qeyd edib ki, gələcəkdə yeni təyyarənin mürəkkəb şəraitdə qəza-xilasetmə materiallarının daşınması, hərbi materialların distansiyalı çatdırılması və s. üçün tətbiq edilməsi planlaşdırılır.

ICTnews

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258