İKT

"Facebook" kimə bildiriş göndərəcək?
15 OKTYABR
132

"Facebook" kimə bildiriş göndərəcək?

2018-10-15 12:37:00

"Facebook" şirkəti hackerlər tərəfindən şəxsi məlumatları oğurlanmış istifadəçilərin dəqiq sayını müəyyən edib.

Fins.az xəbər verir ki, şirkətin verdiyi məlumata əsasən hackerlər 30 milyon istifadəçinin məlumatlarını oğurlayıblar.

Qeyd edək ki, isitfadəçilərin özəl mesajları və "Facebook" hesablarına bağladıqları bank kartları barəsində məlumatların oğurlanması müşahidə olunmayıb.Yaxın zamanda "Facebook" bu hadisədən zərər çəkmiş istifadəçilərə bununla bağlı xüsusi bildiriş də göndərəcək."Facebook"un verdiyi məlumata əsasən bu kiberhücum şirkətin digər servislərinə (Messenger, Messenger Kids, Instagram, Whatsapp, Oculus, Workplace, Pages, ödənişlər sistemi, kənar tətbiqlər, reklam hesabları və tərtibatçıların hesabları) təsir etməyib.

Qeyd edək ki, "Facebook" şirkəti FBI, ABŞ-ın federal ticarət komissiyası və İrlandiyanın məlumatların qorunması üzrə komissiyası ilə bu hadisə üzrə öz istintaqını davam etdirir.

Eləcə də bax:“WhatsApp” istifadəçilərinə XƏBƏRDARLIQ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9190
  • ₽ RUB
    0.0250