İKT

Galaxy View 2 planşeti nə zaman təqdim olunacaq?
09 OKTYABR
190

Galaxy View 2 planşeti nə zaman təqdim olunacaq?

2018-10-09 17:07:00

"Samsung" şirkəti "Galaxy View" adlı planşetin ikinci nəslini təqdim edəcəyini açıqlayıb.

"Finans.az" xəbər verir ki, sözügedən planşetin bəzi texniki göstəricilərini də paylaşılıb.

"Galaxy View 2" planşeti 17.5 inç Full HD ekran, Exynos prosessoru, 3 GB RAM, micro SD girişi və USB Type-C girişi ilə təchiz olunacaq. Planşet Android Oreo əməlyyat sistemi vasitəsilə çalışacaq. Bununla yanaşı, istifadəçinin planşetdən həm şaquli, həm də üfiqi şəkildə rahat istifadə etməsi üçün cihaz hansısa xüsusi özəlliyə sahib olacaq. Çox güman ki, söhbət, planşetin korpusuna bitişik hansısa dayaqdan gedir. "Galaxy View 2"nin təqdimat və satış tarixləri barəsində isə hələ ki, heç bir məlumat yoxdur.

 Eləcə də bax: Yeni əməliyyat sistemi gəlir

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9117
  • ₽ RUB
    0.0251