İKT

Bundan sonra süni həyatımız da olacaq
08 OKTYABR
148

Bundan sonra süni həyatımız da olacaq

2018-10-08 16:01:00

Beynəlxalq tədqiqatçılar qrupu ilk dəfə olaraq kvant kompüterdən süni həyatın yaradılması – canlı orqanizmlərin mövcudluğunun modelləşdirilməsi üçün istifadə edib. Alimlər həyatın bütün mərhələlərini (bütöv sosial qrupların fəaliyyətindən tutmuş, ayrı-ayrı hüceyrələrin fəaliyyətinədək) dərk etmək üçün simulyasiyadan yararlanmaq imkanı əldə ediblər.

Fins.az “ICTnews” Elektron Xəbər Xidmətinə resursuna istinadən yazır ki, məlumata görə, İspaniyanın Basklar Ölkəsi Universitetinin yeni tədqiqatı kvant mexanikasının həyatın əmələ gəlməsini izah edə bilməsi baxımından böyük irəliləyiş hesab edilir. Tədqiqat qrupunun məqsədi Carlz Darvinin təkamül nəzəriyyəsi proseslərini kvant kompüterdə təkrarlayan kompüter modelinin yaradılmasından ibarət olub. Bunun üçün tədqiqatçılar tərəfindən “IBM” şirkətinin hazırladığı 5 kubitə malik kvant prosessordan istifadə olunub. Kvant alqoritm əsas bioloji prosesləri (canlandırma, mutasiya, fərdlər arasında əlaqə və ölüm) kubitlər səviyyəsində imitasiya edib. Nəticədə ekspertlər təkamül prosesinin mikroskopik səviyyədə inkişaf edən dəqiq modelləşdirilməsini əldə etməyə nail olublar.

Eləcə də bax:Azərbaycanın peyklərini idarəedənlər kimlərdir?
Kvant süni həyatın modelləşdirilməsi Yerdə həyatın əmələ gəlməsi məsələsində yeni yanaşmadır.  

Məlumat üçün qeyd edək ki, kvant kompüter iş prinsipi adi kompüterlərdən fərqlənən və kvant mexanikası əsasında işləyən hesablayıcı qurğudur. Kvant kompüter ənənəvi bitlərin əvəzinə kubitlərdən istifadə edir.

Kvant kompüterin praktiki tətbiqi hələ ki sübut edilməyib. Hesab edilir ki, kvant kompüter tranzistorların daima azalması şəraitində texnologiyaların inkişafı üçün fiziki maneələri aradan qaldıra bilər.

Kubitlər və ya kvant bitlər informasiyanın kvant kompüterdə saxlanılması elementləridir. Kvant mexanikasının qanunları onlara ikili vəziyyətdə olmağa imkan verir ki, bunun da sayəsində kompüter paralel hesablamalar apara bilir. Lakin kubitlər temperatur və maqnit sahəsi dəyişikliklərinə qarşı çox həssas olur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258