İKT

Çin “Apple” şirkətinin bəzi mallarının rüsumlarından azad olundu - ABŞ-dan JEST
19 SENTYABR
163

Çin “Apple” şirkətinin bəzi mallarının rüsumlarından azad olundu - ABŞ-dan JEST

2018-09-19 13:02:00

ABŞ höküməti Çin məhsularına qarşı yeni rüsumların tətbiqi fonunda “Apple” şirkətinin bəzi mallarını rüsumlardan azad edib.

Fins.az finans.az-a  istinadən xəbər verir ki, qərara əsasən Çində istehsal olunan “ağıllı” saat “Apple Watch” və naqilsiz qulaqcıqlaqlar “AirPods” üçün rüsumlar ödənilməyəcək.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp 24 sentyabrdan etibarən Çindən idxal olunan 200 milyard dollarlıq məhsullara 10% həddində idxal rüsumlarının tətbiqi olunacağını bəyan edib. Öz növbəsində Çin 60 milyard dollarıq Amerika mallarına 5-10% rüsümlar tətbiq ediləcəyini bildirib.

Daha əvvəl ABŞ Çındən gətirilən və toplam dəyəri 50 mlrd. dollar olan ümumilikdə 1102 adda məhsula 25% rusum tətbiq edib. Buna cavab olaraq Çin dəyəri 50 mlrd. dollar olan Amerika mallarına 25% həcmində idxal rüsumları tətbiq edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9474
  • ₽ RUB
    0.0260