İKT

İspaniya şirkəti Marsda tədqiqat aparan “Curiosity” robotunun yaradılmasında iştirak edib
15 AVQUST
111

İspaniya şirkəti Marsda tədqiqat aparan “Curiosity” robotunun yaradılmasında iştirak edib

2018-08-15 16:21:00

Cəmi 45 əməkdaşın çalışdığı İspaniyanın özəl “RAMEM” şirkəti Mars planetinin səthindəki süxurlarda tədqiqat aparan “Curiosity” robotunun yaradılmasında iştirak edib.

Fins.az xəbər verir ki, son 15 ildə kosmik texnika sahəsində ixtisaslaşmış şirkət müvafiq istiqamətdə özəl tədqiqatlarını aparır. Bu şirkət öz layihələrinin işlənib hazırlanması üçün cari ildə Madrid Muxtar Birliyi hökumətindən və Avropa Regional İnkişaf Fondundan qrantlar alan 54 kommersiya şirkətindən biridir.

Robotun yaradılmasında “RAMEM” şirkətinin vəzifəsi Milli Aerokosmik Texnikaları İnstitutunun alimləri tərəfindən əvvəlcədən layihələndirilmiş “REM” meteoroloji stansiyanın hazırlanması idi.

Aralarında xeyli sayda elmlər doktoru olan “RAMEM” şirkətinin peşəkarları hazırda yeni marslı robot üçün daha bir meteostansiyanın yaradılması üzərində çalışırlar. Bu stansiyanın 2020-ci ildə Qırmızı planetə buraxılacağı gözlənilir.

Nigar Cəfərli

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9876
  • ₽ RUB
    0.0249