İKT

“Samsung” “Galaxy J” smartfonlarının istehsalını dayandırır
27 İYUL
189

“Samsung” “Galaxy J” smartfonlarının istehsalını dayandırır

2018-07-27 10:26:00

İnsayder məlumatlarına əsasən, Cənubi Koreyanın “Samsung” şirkətinin populyar “Galaxy J” seriyasından olan telefonları satışdan çıxarılacaq. 
Fins.az-ın məlumatına görə, istehsalçı qənaətcil “Galaxy C”, “Galaxy J” və “Galaxy On” seriyasından olan cihazların istehsalından imtina etməyə hazırlaşır.
Ancaq şirkət qənaətcil cihazların istehsalını davam etdirəcək. İnsayderlər bildirirlər ki, daha əvvəlki istehsal xəttini “Galaxy P” və “Galaxy R” nəsli davam etdirəcək. Beləliklə, “Samsung”, sadəcə, rebrendinq edəcək.
Bununla belə, qeyd edilir ki, P seriyasından olan telefonlar Çin bazarı üçün istiqamətlənəcək. R seriyası isə dünya bazarına çıxarılacaq. Bundan başqa, gözlənilir ki, qənaətcil telefonların istehsalı ilə kənar şirkət məşğul olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9459
  • ₽ RUB
    0.0259