İKT

"iPhone"ların daşınar kameraları olacaq – YENİLİK
26 İYUL
114

"iPhone"ların daşınar kameraları olacaq – YENİLİK

2018-07-26 11:31:00

"Apple" şirkəti yenilikləri ilə təəccübləndirməkdə davam edir.

Fins.az-ın xəbərinə görə, gələcəkdə yeni "iPhone"ların kameraları daşınar olacaq.

"Alma" şirkəti öz qacetlərində daşınar obyektivlərin quraşdırılması hüququnu və smartfonu kənar aparatla sinxronlaşdıran texnologiyanı patentləşdirib.

Yeni kamera "iPhone"a maqnit vasitəsilə birləşdiriləcək. Adi kamera ilə müqayisədə onun imkanları daha geniş olacaq. Yeniliyin bu il tətbiq olunacağı inandırıcı deyil. Çünki istənilən tərtibat, test və tətbiq mərhələləri uzun çəkən bir prosesdir.

© Lent.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9570
  • ₽ RUB
    0.0259