İKT

Orijinal “iPhone”u saxtadan necə fərqləndirməli?
23 İYUL
203

Orijinal “iPhone”u saxtadan necə fərqləndirməli?

2018-07-23 15:21:00

“Motherboard” nəşrinin mütəxəssisləri orijinal “iPhone X”-u Çin saxta malından necə fərqləndirməyin yollarından danışıblar. 
Fins.az xəbər verir ki,  mütəxəssislər qeyd ediblər ki, zahiri olaraq Çin ustalarının saxta icadını orijinal məhsuldan fərqləndirmək mümkün deyil. Hətta korpusun aşağı hissəsindəki vint kimi detallar da oxşar düzəldilib. 
Məhsulun qutusu həmçinin “Apple”in flaqman məhsulunu qaçaqmaldan seçməyə imkan vermir. Beynəlxalq İMEİ identifikasiyası əsli ilə üst-üstə düşür. 
Alışı zamanı tam əmin olmaq üçün cihazı qoşmaq lazımdır. “Çinli”ni çərçivənin qalınlığı ifşa edir. Əsası isə odur ki, belə modellər iOS-da deyil, “Android” əməliyyat sistemində işləyirlər. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256