İKT

“Xiaomi“dən nəhəng smartfon
23 İYUL
174

“Xiaomi“dən nəhəng smartfon

2018-07-23 11:14:00

Çinin “Xiaomi” şirkəti böyük ekranlı smartfon (planşetofon) təqdim edib.

Fins.az xəbər verir ki, cihaz 6,9 ekran (2160x1080 piksel) ölçülüdür, “Snapdragon 636” prosessoru ilə təchiz olunub. Böyük modifikasiya 6 GB operativ və 128 GB daxili yaddaşa, kiçik modifikasiya isə 4 və 64 GB yaddaşa malikdir. Əsas kamera ikilidir, müvafiq olaraq, 12 və 5 meqapikseldir. Ön kamera isə 8 Mp-dir.

Smartfon 2 dinamik, barmaq izi skaneri, “microSD” slotu, 4G VoLTE, eləcə də iki SİM kart üçün slota sahibdir. Cihaz “Android 8.1 Oreo” əməliyyat sistemi ilə çalışır. Akkumulyatorun tutumu 5500 mAs-dır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9635
  • ₽ RUB
    0.0257