İKT

Əyilə bilən Galaxy X'in yeni sxem fotoları sızdırılıb
19 İYUL
109

Əyilə bilən Galaxy X'in yeni sxem fotoları sızdırılıb

2018-07-19 11:49:00

 İnternetdə son zamanlar Samsung şirkətinin əyilə bilən Galaxy X modeli haqqında daha çox məlumatlar yayılmağa başlayıb. Bir neçə müddət bundan öncə biz xəbər vermişdik ki, sözügedən smartfonu gələn ilin əvvəlində təqdim edə bilərlər. İndi isə Galaxy X-ə aid yeni sxemlər ortaya çıxıb. Yayılmış yeni sexmlərə əsasən tam açıq vəziyyətdə Galaxy X tamamilə adi smartfona bənzəyəcək. Smartfonun ölçüləri isə o qədər də böyük deyil. Buna görə də istifadəçi onu bir əl ilə əyə biləcək. Ekranın aşağı hissəsində fiziki Home düyməsi var. Arxa paneldə isə əsas kamera və barmaq izi skanı texnologiyası yerləşir. Smartfonun kənar hissələrində cihazı əyməyə imkan verən xüsusi şarnirlər olacaq. Galaxy X-in texniki göstəriciləri və qiyməti barəsində isə hələki heç bir məlumat yoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256