İKT

Yaxşı linkedln profilinə sahib olmaq üçün hansı üsullardan istifadə edək?
13 İYUL
156

Yaxşı linkedln profilinə sahib olmaq üçün hansı üsullardan istifadə edək?

2018-07-13 11:19:00

Linkedln dünyanın rəqəmsal CV şəbəkəsi adlanan yeni saytıdır, 2002-ci ilin dekabrında qurulan Linkedln 2003-cü ilin may ayında istifadəyə verilib. CEO-su Ceff Weiner olan Linkedln 2016-cı ilin dekabrında  26 milyard dollara Microsoft şirkətinə satılıb.

Ümumi olaraq qeyd edim ki, digər sosial saytlardan fərqli olaraq Linkedln , rəqəmsal CV şəbəkəsinə çevrilib, demək olar ki dünyanın bir sıra məşhur ölkələrində işə qəbul prosesi linkedln vasitəsi ilə həyata keçirilir.

Bəs yaxşı Linkedln profili yaratmaq üçün hansı yollara əl atmalıyıq? Hansı üsullardan istifadə etməliyik?

1) İlk öncə şəkildən başlayaq, bura nə facebookdur, nə də ki twitter.  Profilinizdə ağ fonda rəsmi formada 3x4 şəkliniz olsa, işəgötürənə də xoş olar.

2) Özünüz haqqında dolğun məlumat verin, çalışın işəgötürən sizi tapa bilsin.

3) Bura onlayn CV şəbəkəsi olsa da əlinizdəki faylları Linkedlnə yükləyin, Allah uzaq eləsin kompüterinizə virus düşər hamısını silər.

4) Skills & Endorsements profilinizin qan damarlarıdır, qanın normal işləməsi üçün bacarıqlarınızın hər biri qeyd edilməldir, lazım olsa təsdiqlənməlidir.

5)    Kurslar, dillər və  sertifikatlar,

       Bunların hamısı linkedlnə yazılar.

6) Çox gəzən yox, maraqlarını düzgün qeyd edən iş tapar!

© Banco.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259